Modern.az

Kvaratsxelya ən yaxşı seçildi 

Kvaratsxelya ən yaxşı seçildi 

İdman

31 May 2026, 21:59

Fransanın "Pari Sen-Jermen" klubunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

Modern.az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

PSJ 2025/26 mövsümünün Çempionlar Liqasının qalibi olub. Həlledici oyunda Paris klubu oyundan sonrakı penaltilər seriyasında Londonun "Arsenal" komandasını 4:3 hesabı ilə üstələyib (əsas və əlavə vaxtda komandalar heç-heçə edib - 1:1).

 

Turnir çərçivəsində keçirdiyi 16 oyun ərzində Kvaratsxeliya rəqib qapılarına 10 qol vurub və 7 məhsuldar ötürmə edib. 25 yaşlı gürcü futbolçu 2025-ci ildən PSJ-nin şərəfini qoruyur. O, Paris klubunun heyətində iki dəfə Çempionlar Liqasının və Fransa çempionatının, həmçinin bir dəfə Fransa Kubokunun, Fransa Superkubokunun və Qitələrarası Kubokun qalibi olub.

Sizə yeni x var
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!