Modern.az

"Real Madrid"lə müqavilə bağladı

"Real Madrid"lə müqavilə bağladı

İdman

Bu gün, 15:40

"Real Madrid" heyətini yeni futbolçu ilə gücləndirib.

Modern.az klubun rəsmi məlumatına istinadən xəbər verir ki, Madrid təmsilçisi fransalı müdafiəçi İbrahim Konate ilə müqavilə imzalayıb.

27 yaşlı futbolçu "Kral klubu"na azad agent statusunda qoşulub. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2030-cu ilin iyun ayının sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, İbrahima Konate son olaraq İngiltərənin "Liverpool FC" komandasında çıxış edib. Müdafiəçi daha əvvəl Almaniyanın RB Leipzig klubunun da formasını geyinib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV