Modern.az

DÇ-2026: bugünkü oyunların TƏQVİMİ

DÇ-2026: bugünkü oyunların TƏQVİMİ

İdman

Bu gün, 09:27

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026-cı ilin Dünya Çempionatında 2-ci turun oyunları davam edir.

Modern.az-ın məlumatına görə, iyunun 23-də K qrupunda maraqlı oyun gözlənilir. Axşam saat 21:00-da Portuqaliya millisi Özbəkistan yığması ilə qarşılaşacaq.

Bu qrupda digər oyun Kolumbiya ilə Konqo arasında keçiriləcək. Həmin matç iyunun 24-də saat 06:00-da başlayacaq.

Bu gün gecə saat 00:00-da İngiltərə ilə Qana qarşılaşacaq.

Saat 03:00-da isə Panama Xorvatiya matçı oynanılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır