Modern.az

DÇ-2026: Belçika ABŞ-ni darmadağın etdi

DÇ-2026: Belçika ABŞ-ni darmadağın etdi

İdman

Bu gün, 08:52

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

Modern.az xəbər verir ki, Belçika və ABŞ yığmaları üz-üzə gəliblər. Sietl stadionunda oynanılan görüş avropalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Belçikanın heyətində Şarl de Ketelare (9, 33), Hans Vanaken (57) və Romelu Lukaku (90+3) fərqləniblər. Amerikalıların yeganə qolu isə Malik Tillmanın (31) aktivinə yazılıb.

1/4 finala yüksələn Belçikanın bu raunddakı rəqibi İspaniya seçməsi olacaq.

Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç və İspaniya milli komandaları 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV