Modern.az

Güləşçilərimiz dünya çempionatında finala yüksəlib

Güləşçilərimiz dünya çempionatında finala yüksəlib

İdman

Bu gün, 21:47

Azərbaycanın 2 qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatının finalına yüksəlib.

Modern.az-ın məlumatına görə, Günay Qurbanova (57 kq) yarımfinalda hindistanlı Tanvi Qundeş Maqdumla üz-üzə gəlib.

Rəqibini məğlub edən Qurbanova həlledici görüşə vəsiqə qazanıb.

Ruzanna Məmmədova (59 kq) eyni raundda Eda Balaşa (Macarıstan) rəqib olub.

Təmsilçimiz tam üstünlüklə (11:0) qalib gələrək finala yüksəlib.

Xatırladaq ki, hər iki güləşçi qızıl medal uğrunda görüşə avqustun 21-də çıxacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!