Modern.az

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

"Sabah" - "Hapoel" matçına 15 min bilet satılıb

İdman

21 Avqust 2026, 16:04

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununa 15 min bilet satılıb.

Modern.az xəbər verir ki, bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb. Qarşılaşma avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib