Modern.az

“Sabah” uduzsa da, Çempionlar Liqasının tarixinə düşdü - MARAQLI

“Sabah” uduzsa da, Çempionlar Liqasının tarixinə düşdü - MARAQLI

İdman

Bu gün, 11:26

Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasındakı debüt oyununda İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olsa da, turnirin tarixinə düşən rekorda imza atıb.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın “OneFootball” nəşri maraqlı məlumat dərc edib.

Bakı təmsilçisi cümə axşamı məşhur “Old Trafford” stadionunda İngiltərənin “Mançester Yunayted” klubuna qarşı prestijli görüşə çıxıb.

“OneFootball” nəşri yazır ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi Azərbaycan klubu böyük hesabla məğlub olsa da, Çempionlar Liqasının rekordlar kitabında özünəməxsus yer tutub.

Belə ki, “Sabah”ın start heyətində 11 fərqli ölkənin vətəndaşı yer alıb. Bu, klubun tarixində ilk dəfə Çempionlar Liqasında keçirdiyi oyunda start heyətində qeydə alınan unikal göstəricidir.

“Sabah”ın “Mançester Yunayted”ə qarşı start heyəti və futbolçuların ölkələri belə olub:

Stas Pokatilov – Qazaxıstan – qapıçı
Akim Zedadka – Əlcəzair – sağ müdafiəçi
Rəhman Daşdəmirov – Azərbaycan – mərkəz müdafiəçisi
Aden Makkarti – Cənubi Afrika – mərkəz müdafiəçisi
Timoteuş Puxaç – Polşa – sol müdafiəçi
Umarali Raxmonəliyev – Özbəkistan – yarımmüdafiəçi
İvan Lepinitsa – Xorvatiya – yarımmüdafiəçi
Velko Simiç – Serbiya – yarımmüdafiəçi
Kaheem Parris – Yamayka – sağ cinah hücumçusu
Kristian Nvaçukvu – Nigeriya – sol cinah hücumçusu
Coy-Lens Mickels – Ruanda – hücumçu

Nəşrin məlumatına görə, bir klubun Çempionlar Liqasında ilk oyununda start heyətinin 11 müxtəlif millətdən təşkil olunması turnir tarixində daha əvvəl qeydə alınmayıb.

Beləliklə, “Sabah” “Mançester Yunayted” qarşısında ağır məğlubiyyət alsa da, Azərbaycan futbolu adına diqqətçəkən rekordla tarixə düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?