Modern.az

Azərbaycan cüdoçusu finalda məğlub oldu

Azərbaycan cüdoçusu finalda məğlub oldu

İdman

7 Oktyabr 2026, 20:24

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Modern.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Z.Tçkayev gümüş mükafatla kifayətlənib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Sizə yeni x var
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!