Modern.az

"Qarabağ"ın hücumçusu Yunanıstan klubuna keçir

"Qarabağ"ın hücumçusu Yunanıstan klubuna keçir

İdman

Bu gün, 09:51

“Qarabağ”ın futbolçusu Əli İbrahimin Yunanıstanın “Olimpiakos” klubuna yollanacağı dəqiqləşib.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı hücumçu tezliklə adıçəkilən ölkəyə gedəcək.

Klublar arasındakı razılığa əsasən, Əli bir müddət “Olimpiakos”da sınaqdan keçiriləcək. Futbolçu Yunanıstan nəhəngində özünü doğrulda bilsə, “Olimpiakos” transferi həyata keçirmək üçün “Qarabağ”la danışıqlara başlayacaq.

Pirey təmsilçisi onu əvvəlcə B komandasına cəlb edəcək və həmyerlimiz əvəzedici komandada çıxış edəcək.

Qeyd edək ki, Əli İbrahim son olaraq Azərbaycanın U-20 millisinin heyətində təlim-məşq toplanışında iştirak edib

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər