Modern.az

Özümüzü buğda ilə təmin edə bilmirik - İlham Əliyev

Özümüzü buğda ilə təmin edə bilmirik - İlham Əliyev

İqtisadiyyat

12 Yanvar 2022, 19:33

“Özümüzü buğda ilə tam təmin edə bilmirik”.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

 

“3-3,4 milyon ton buğda istehlak edirik, onun cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik. Əgər bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, səhv olar.

 

Amma çalışmalıyıq ki, yerli istehsal artsın. İlk növbədə məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 3,2 tondur. Əgər bu rəqəm 4-4,5 tona çatsa, bu mümkündür, çünki bəzi fermer təsərrüfatlarında 7, bəzilərində 6 tondur”, - Prezident bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV