Modern.az

Bitkoin bahalaşdı

Bitkoin bahalaşdı

İqtisadiyyat

11 Noyabr 2023, 10:48

Dünyanın aparıcı kriptovalyutası - bitkoin 37 min ABŞ dollarına kimi bahalaşıb.

 

Modern.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saat ərzində 0,96 % artaraq 37,077 min ABŞ dollarına çatıb. Nəticədə onun kapitallaşması 724,5 milyard ABŞ dollarına kimi yüksəlib.

 

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3 % azalaraq 2,054 min ABŞ dollarına düşüb. İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” olub.

 

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,41 trilyon ABŞ dolları həddində qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən ermənilərə şok dəstək - AYAĞA QALXIN!