Modern.az

Azərbaycanda hansı banklar risk qrupuna daxildir?

Azərbaycanda hansı banklar risk qrupuna daxildir?

İqtisadiyyat

Bu gün, 16:41

Biz bankları risk qrupuna və profilinə əsasən kateqoriyalaşdırırıq.

Modern.az xəbər verir ki, bu fikirləri 2025-ci il üzrə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına dair mətbuat konfransında Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank siyasəti çərçivəsində hansı banklara xüsusi yanaşma tələb olunursa, həmin banklarla daha intensiv əlaqələr qurulur:

“Hansı banklarla bu ehtiyac daha azdırsa, onlarla da münasibətlər müvafiq şəkildə tənzimlənir. Lakin bu, hansısa bankın vəziyyətinin pis olması anlamına gəlmir”.

Qurum rəsmisi onu da əlavə edib ki, Mərkəzi Bank həmin banklardan tələb edir ki, müvafiq məlumatları mediada paylaşsınlar:

“Müəyyən edilən tənzimləyici normalar bəllidir və bu normalar əsasında aparılan araşdırmalar nəticəsində hər hansı riskli halın olmadığı üzə çıxır.

Bütün əməliyyatlar şəffaf şəkildə həyata keçirilir və bu istiqamətdə qərarlar daxili nəzarət mexanizmləri əsasında qəbul olunur”, - deyə Ş.Mahmudzadə qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi