Modern.az

Minə yaxın saxta pul dövriyyədən çıxarılıb

Minə yaxın saxta pul dövriyyədən çıxarılıb

İqtisadiyyat

Bu gün, 16:50

2025-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) milli və xarici valyutada saxta və saxtakarlıq əlamətləri olan pul nişanlarını aşkar edərək dövriyyədən çıxarıb.

Modern.az xəbər verir ki, qurumun illik idarəetmə hesabatına əsasən, il ərzində milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı müəyyən edilib. Xarici valyutada isə 550 ədəd saxtakarlıq əlaməti olan pul nişanı aşkarlanıb. Ümumilikdə 990 ədəd pul nişanı tədavüldən çıxarılaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.

Hesabata görə, əhalidə olan yararsız pul nişanlarının dəyişdirilməsi məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən nağd pul ofisləri il boyu xidmət göstərib. İl ərzində vətəndaşlardan ümumilikdə 2,63 milyon manat dəyərində (43,6 min ədəd) pul nişanı qəbul edilərək yeniləri ilə əvəz edilib.

Eyni zamanda, il ərzində dövriyyədən 4,5 milyard manat məbləğində pul nişanı mədaxil edilib, 6,6 milyard manat isə məxaric olunub. Nəticədə tədavüldə nağd pul kütləsi 12,1% artaraq 19,6 milyard manata yüksəlib.

2025-ci ilin son iş gününə milli valyuta üzrə ehtiyatlar 7,1 milyard manat təşkil edib və bu göstərici iqtisadiyyatın nağd pul tələbatının qarşılanması baxımından yetərli hesab olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ