Modern.az

Daha bir türk dövləti Paşinyanı təbrik etdi

Daha bir türk dövləti Paşinyanı təbrik etdi

Dünya

Bu gün, 16:02

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ermənistanın Baş naziri Nikol Paşinyana rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatı məlumat yayıb.

Təbrik məktubunda Şavkat Mirziyoyev Nikol Paşinyanı seçkilərdə qazanılan uğur münasibətilə səmimi qəlbdən təbrik etdiyini bildirib.

“Rəhbərlik etdiyiniz “Vətəndaş Müqaviləsi” Partiyasının Ermənistan Respublikasında keçirilən növbəti parlament seçkilərində qazandığı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm”, - deyə məktubda qeyd olunub.

Özbəkistan Prezidenti vurğulayıb ki, seçkilərin nəticələri erməni xalqının Paşinyanın daxili və xarici siyasətinə, o cümlədən Cənubi Qafqazda sülh və rifahın təmin olunmasına yönəlmiş səylərinə yüksək etimadının göstəricisidir.

Mirziyoyev iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, birgə səylərimiz nəticəsində qarşılıqlı faydalı əməkdaşlığımızı gələcəkdə də genişləndirə biləcəyik”, - deyə məktubda bildirilib.

Özbəkistan Prezidenti məktubunun sonunda Nikol Paşinyana möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar, Ermənistan xalqına isə sülh və firavanlıq arzulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ