Modern.az

Azərbaycanlı jurnalistlər Dünya Çempionatında - FOTO

Azərbaycanlı jurnalistlər Dünya Çempionatında - FOTO

İdman

Bu gün, 17:30

İyunun 11-də Meksika-Cənubi Afrika oyunu ilə futbol üzrə sayca 23-cü Dünya Çempionatı start götürüb. İyulun 19-dək davam edəcək çempionat həm formatı, həm də coğrafiyası baxımından indiyədək görünməmiş yeniliklərlə yadda qalacaq.

Belə ki, 2026-cı ilin Dünya Çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Milli komandalar hərəsində 4 iştirakçı olmaqla 12 qrupda mübarizə aparırlar.

Modern.az saytı xəbər verir ki, dünyanın ən böyük idman turnirlərindən olan Dünya Çempionatında minlərlə jurnalist akkreditasiyadan keçib.

Xarici KİV-də yayılan məlumata görə, beynəlxalq futbol təşkilatı - FİFA oyunlar üçün təxminən 16 000 media akkreditasiyası paylayıb.

Dünya Çempionatına fotoqraflar, yayımçı əməkdaşlar və digər media personalının da getdiyini nəzərə alsaq, bu sayın daha çox olduğunu söyləmək olar.

Qeyd edək ki, 23-cü Dünya Çempionatında Azərbaycandan olan jurnalistlər də akkreditasiya kartı alıblar. Onlar hazırda okenaın o tayındadırlar. Çempionatın oyunları Azərbaycanın İctimai Televiziyası ilə canlı yayımlanır.

ABŞ-a gedən azərbaycanlı jurnalistlərdən biri “Sports.az” saytının rəhbəri Anar Şabanoğludur.

“32 il öncə Amerikada keçirilən futbol üzrə dünya çempionatının hər saniyəsini sevərək, acgözlüklə, təkrar-təkrar televiziyadan izləyəndə ağlıma gətirməzdim ki, bu ölkədə, eyni zamanda Kanada və Meksikada keçiriləcək Dünya Kubokunda jurnalist kimi çalışacam.Dünya Çempionatı-2026 mənə canlı izləmək xoşbəxtliyi nəsib olan ardıcıl 4-cü mundialdı”, - deyə həmkarımız təəssüratını bölüşüb.

Dünya Çemponatını canlı izləməyə gedən digər azərbaycanlı jurnalist ATV-nin aparıcısı və redaktoru İlkin Xəlilovdur.

Azərbaycanlı jurnalistlər açılış matçının keçirildiyi Mexikodakı məşhur "Asteka" stadionunın qarşısından şəkil paylaşıblar. Xatırladaq ki, Meksika - CAR oyunu 2:0 hesabı ilə yekunlaıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ