Modern.az

Neftçalada “Tariximizin dönüş anı - Milli Qurtuluş Günü” adlı tədbir keçirilib

Neftçalada “Tariximizin dönüş anı - Milli Qurtuluş Günü” adlı tədbir keçirilib

Ölkə

Bu gün, 18:12

Bu gün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Tariximizin dönüş anı-Milli Qurtuluş Günü” adlı tədbir keçirilib. 

Modern.az xəbər verir ki, tədbirdə Nefçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.  

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rəsmi hissədə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini, Ulu Öndərin xilaskarlıq missiyasını və müstəqil Azərbaycanın keçdiyi şərəfli inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətin başçısı Mirhəsən Seyidov qeyd edib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış, dövlətçiliyimizin xilasını təmin edən ən mühüm dönüş nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaqdan və daxili xaosdan xilas edərək fundamental inkişafın əsasını qoydu. Bu qurtuluş missiyası nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, daxili sabitlik bərqərar oldu və müasir müstəqil Azərbaycan dövlətinin möhkəm təməlləri atıldı. Bu gün Ümummilli Liderin siyasi kursunu qətiyyətlə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Qurtuluş Gününün ideallarına sadiq qalaraq tarixi zirvələr və böyük zəfərlər fəth edir. Qeyd olunub ki, cari ildə elan olunmuş "Şəhərsalma və Memarlıq ili" çərçivəsində görülən tədbirlər, eləcə də işğaldan azad edilən torpaqlarda aparılan möhtəşəm abadlıq-quruculuq işləri də məhz Ulu Öndərin əsasını qoyduğu həmin güclü dövlətçilik və tərəqqi xəttinin uğurlu bir qoludur. 

Daha sonra çıxış edən digər natiqlər – Yeni Azərbaycan Partiyası Neftçala Rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Heydər Əliyevin 100 illiyi yubiley medalı ilə təltif edilmiş qabaqcıl təhsil işçisi Ruhəngiz Nəcəfova, Neftçala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Anarə Mustafayeva, Rayon Ağsaqqallar Şurasının üzvü, ziyalı  Şakir Bəşirov, Neftçala rayon təhsil sektorunun gənc mütəxəssisi Rüfət Sabirli 15 İyun tarixinin Azərbaycanın müstəqillik salnaməsindəki xüsusi əhəmiyyətindən bəhs edərək, bu günün milli həmrəyliyin və xilaskarlığın rəmzi olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, məhz Heydər Əliyev dühasının, onun sarsılmaz siyasi iradəsinin sayəsində Azərbaycanda dövlətçilik ənənələri qorunmuş və ölkəmiz qlobal miqyasda söz sahibinə çevrilmişdir. Eyni zamanda çıxışlarda xalqımızın dövlət başçısının ətrafında sıx birliyi və həmrəyliyi müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə və ölkəmizin dayanıqlı tərəqqisinə xidmət etdiyi ifadə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ