Modern.az

Kadırov 18 yaşlı oğluna Çeçenistan Qəhrəmanı adı verdi

Kadırov 18 yaşlı oğluna Çeçenistan Qəhrəmanı adı verdi

Dünya

12 İyun 2026, 16:26

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verilib. Regionun ən yüksək mükafatını ona respublika rəhbəri, eyni zamanda doğma atası Ramzan Kadırov təqdim edib.

Modern.az xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.

Çeçenistan hökumətinin sədri Maqomed Daudov 18 yaşlı Adam Kadırova 2-ci dəfə verilən ali fəxri adın əsaslandırılması ilə bağlı açıqlama verib.

Daudov jurnalistlərə açıqlamasında təltif üçün əsas kimi dövlət qarşısında xüsusi xidmətlər, xalqa sədaqətli xidmət və xüsusi hərbi əməliyyatın iştirakçılarına göstərilən hərtərəfli dəstək nəzərə alındığını deyib.

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR