Modern.az

Samuxda Milli Qurtuluş Günü qeyd olundu - FOTO

Samuxda Milli Qurtuluş Günü qeyd olundu - FOTO

Aktual

Bu gün, 17:10

Samuxda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilib.

Modern.az xəbər verir ki, Samux Rayon İcra Hakimiyyəti və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Samux Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, icra strukturlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca “15 İyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev 15 iyun 1993-cü ilin Azərbaycanın tarixində Milli Qurtuluş Günü kimi mühüm yer tutduğunu qeyd edərək, bu günün müasir dövlətçiliyin formalaşmasında və ölkənin inkişaf yoluna çıxmasında həlledici rol oynadığını bildirib.

Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, tarixçi-alim, tarix elmləri doktoru Həsən Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, Azərbaycanın beynəlxalq nüfuzunun artdığını diqqətə çatdırıb.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov isə 15 İyun tarixinin ölkədə sabitliyin bərqərar olunmasında və müstəqilliyin qorunmasında mühüm dönüş nöqtəsi olduğunu qeyd edib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup şəxs Samux Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif olunub.

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ