Modern.az

İran ABŞ-la sazişin imzalanacağı barədə xəbərləri təkzib edib 

İran ABŞ-la sazişin imzalanacağı barədə xəbərləri təkzib edib 

Aktual

Bu gün, 17:16

İran ABŞ ilə nüvə sazişinin artıq razılaşdırıldığı və bazar günü imzalanacağı barədə yayılan məlumatları təkzib edib.

Modern.az xəbər verir ki, bu barədə İranın danışıqlar qrupuna yaxın mənbə Fars agentliyinə açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın və bəzi xarici KİV-lərin Tehranla Vaşinqton arasında sazişin razılaşdırıldığı və bazar günü Cenevrədə imzalanacağına dair məlumatları həqiqəti əks etdirmir.

Bildirilib ki, İranda sazişlə bağlı baxılma və qərarvermə prosesi hələ başa çatmayıb. Bu səbəbdən hər hansı sənədin imzalanacağından danışmaq üçün tezdir.

Mənbə həmçinin sazişin bazar günü imzalanacağı və görüşün Cenevrədə keçiriləcəyi barədə məlumatların tamamilə həqiqətə uyğun olmadığını vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ