Modern.az

Agentlik bu il “Bazarstore”u iki dəfə cərimələyib – Məhsulu qiymətindən baha satırmış

Agentlik bu il “Bazarstore”u iki dəfə cərimələyib – Məhsulu qiymətindən baha satırmış

İqtisadiyyat

Bu gün, 00:02

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu ilin fevral və aprel aylarında "Bazarstore" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsinə əsasən protokol tərtib edib. 

Modern.az xəbər verir ki, "Bazarstore" MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.  

Belə ki, marketlər şəbəkəsi qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 447.0.1. maddəsi mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasından bəhs edir. Bu maddəyə görə, fiziki şəxslər 350 - 500 manat məbləğdə, vəzifəli şəxslər 1 500 - 2 000 manat məbləğdə, hüquqi şəxslər 4 000 - 6 000 manat məbləğdə cərimə edilir.

(Fed)

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?