Modern.az

“Azeri Light”dan pis xəbər - qiymət yenə aşağı düşdü

“Azeri Light”dan pis xəbər - qiymət yenə aşağı düşdü

İqtisadiyyat

Bu gün, 09:52

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,07 ABŞ dolları və ya 0,87 % azalaraq 121,08 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyayla savaşa hazır olun! - Almaniyada əhaliyə ŞOK XƏBƏRDARLIQ