Bu gün Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. 64 yaşını qeyd edən müğənni Modern.az-ın oxucularına bunları dedi:
– Doğum günümü bu gün ailədaxili, öz ailəmdə qeyd edəcəyəm. Ramazan bayramından sonra böyük tədbir keçirmək fikrim var. Sabah 4 saatlıq çəkiliş olacaq, birisi gün isə xarici ölkəyə gedəcəyəm. Oradan qayıtdıqdan sonra isə yəqin ki, böyük bir tədbir olacaq. Həmkarlarım da yanımda olacaq, elə yaxınlarım da. Ramazan bayramından sonra isə bu haqda düşünəcəyik ki, necə və harada qeyd edək.