Modern.az

Azərbaycan kəlağayısı UNESKO-nun siyahısına salındı

Azərbaycan kəlağayısı UNESKO-nun siyahısına salındı

Mədəniyyət

26 Noyabr 2014, 17:33

Azərbaycan kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESKO- nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qərar noyabrın 24-dən 28-dək keçirilən UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında qəbul edilib.

Xəbərdə deylir ki, kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb.

Bu qərarla komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq edib.

Hazırda Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə UNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...