Modern.az

Akademiyada vitse-prezident seçkiləri keçiriləcək

Akademiyada vitse-prezident seçkiləri keçiriləcək

Mədəniyyət

12 Mart 2015, 17:57

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki,  iclasda müzakirəyə çıxarılan məsələlərdən biri də AMEA-nın illik ümumi yığıncağının keçirilməsi olub. Bildirilib ki, tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək, eləcə də Qafqazşünaslıq İnstitutunun, Quba Regional Elm Mərkəzinin, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin yaradılması müzakirə olunacaq. Bundan əlavə, AMEA-nın vitse-prezidenti və bölmələrin akademik-katibləri vəzifələrinə seçkilər keçiriləcək.

Tədbirdə ilk dəfə olaraq “Nizami Gəncəvi adına qızıl medalı”, AMEA-nın adlı mükafatları təqdim ediləcək.

Rəyasət Heyətinin növbəti qərarı ilə AMEA-nın illik ümumi yığıncağının gündəliyi təsdiq olunub və tədbirin aprelin 29-da keçirilməsi qərara alınıb.

Milli Elmlər Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni bölmələrinin tərkibi təsdiq edilib. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib. 

AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının bazası əsasında prezidentin sərəncamına əsasən Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılıb.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...