Modern.az

Tibb Universitetinə yeni mətbuat katibi təyin olundu

Tibb Universitetinə yeni mətbuat katibi təyin olundu

Media

15 Aprel 2026, 13:57

Azərbaycan Tibb Universitetinin(ATU) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Modern.az saytı xəbər verir ki, Universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə bu vəzifəyə jurnalist Həqiqət İsabalayeva təyin edilib.

Əmək fəaliyyətinə jurnalist olaraq, müxtəlif dövri mətbuat orqanlarında başlayan Həqiqət İsabalayeva bir müddət “Kaspi” gündəlik ictimai-siyasi qəzetində çalışıb.

Daha sonra bir cox dövlət qurumlarında, o cümlədən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində (məsul katib), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (redaktor), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (Maarifləndirmə şöbəsinin müdiri) fəaliyyət göstərib. Təyinata qədər sonuncu iş yeri Bakı Mühəndislik Universiteti olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi