Modern.az

İki media nümayəndəsinə Prezident təqaüdü təyin edildi - 1700 manat

İki media nümayəndəsinə Prezident təqaüdü təyin edildi - 1700 manat

Media

Bu gün, 23:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı yeni Sərəncamda medianın inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Fazil Rauf oğlu Hadıyev və Əhməd Qədir oğlu Məmmədova Prezidentin fərdi təqaüdünün verilməsi tapşırılıb.

Modern.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərhal Sərəncamın icrasını təmin edib. Belə ki, nazirlikdən verilən məlumata görə, hər iki media nümayəndəsinə Prezidentin aylıq fərdi təqaüdü (1700 manat) artıq təyin edilib.

Hər iki təyinat onların müraciətinə və hər hansı sənəd təqdim etmələrinə ehtiyac olmadan, təqaüdə hüquq yaranan anda elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib