Modern.az

Bütün qoşunlara düşmənə cavab zərbəsi endirmək əmr edildi

Bütün qoşunlara düşmənə cavab zərbəsi endirmək əmr edildi

28 Aprel 2016, 18:59


Qarabağda yerləşmiş Ermənistan silahlı bölmələri işğal olunmuş ərazilərdən Azərbaycanın mülki əhali yaşayan kəndlərini müxtəlif iriçaplı silahlardan - minaatanlardan, haubitsalarından atəşə tuturlar. Bunun nəticəsində də son günlər xüsusilə Tərtər və Ağdamdakı yaşayış məntəqələrində ciddi dağıntılar baş verib, mülki azərbaycanlılar arasında ölən və yaralananlar var.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

İşğalçı Ermənistanın qarşıdakı sutkalarda da təxribatçı əməllərini davam etdirəcəyi gözlənilir.

Modern.az saytı xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşunlarına düşmənə cavab zərbəsi endirmək əmr edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib ki, müdafiə naziri Zakir Həsənov tərəfindən belə tapşırıq verilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır