Arxiv
25 İyul 2016, 10:04 | ÖLKƏ
Dənizkənarı hasarlar, villalar SÖKÜLƏCƏK

Dənizi hasarlayanları, xüsusilə qanunsuz olaraq dəniz kənarənda villa sahiblərini yaxın zamanlarda böyük “sürpriz” gözləyir.

 

Bu istirahət mövsümündə gündəmə gələn bu məsələ artıq hökumət tərəfindən müzakirə olunur. Yerli sakinlərin istirahətinə tam şəkildə mane olan bu məqam həm də Azərbaycana gələn xarıcı turistlərin də zövqünü korlayır. Bir növ dənizin hasarlanması əcənəbi turistləri geri itələyir. Bütün bunlar hökumət tərəfindən təftiş olunur.

 

Modern.az-ın əldə etdiyi bilgiyə dörə, Xəzər imkanlı məmurların girovluğundan geri alınması üçün ciddi işlər aparılır. Demək olar ki, söküləcək hasarlar, villaların tam siyahısı hazırdır. Bnunla da imkanlı şəxslər, oliqarxlar, yüksək çinli məmurlar zəbt etdikləri ərazilərdən çıxmağa vadar olacaqlar.

Bu isə əbəs yerə deyil. Belə ki, ilin əvvəlindən Azərbaycanda dəniz sahilində torpaq sahələrini icazəsiz hasarlayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilib.

 

Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2015-ci il 18 dekabr tarixli qanunun tətbiqi və "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun tətbiq edilməsi barədə" 2000-ci il 29 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklərə əsasən, Xəzər dənizinin Azərbaycana məxsus olan bölməsində sahilboyu 20-50 metr zolağın altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

 

Həmin torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına, müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə hasara alma digər üsullarla bağlanması zamanı tikinti konstruksiyalarının dənizin və onun sahilində su ilə qurunun təmas xətinin görünməsinin və ya dəniz sahilində gediş-gəlişin məhdudlaşdırılması və yaxud 100 metrdən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədilə eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçidin təmin olunmaması məqsədilə fiziki şəxsləri 4 min manat, vəzifəli şəxsləri 8 min manat, hüquqi şəxsləri 40 min manat miqdarında cərimə gözləyir.

 

Bu cərimələr dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə də tətbiq olunacaq.

 

Sadalanan xətalar təkrar törədildikdə, fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat cərimə ediləcək. Yaxın vaxtlarda layihənin təsdiqlənəcəyi gözlənilir.

 

Qeyd edək ki, hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və ya icarəyə verilən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması və ya dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək miqdarda cərimə edilib.

 

Bu xətaların il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 25-35 manat, vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər isə 150-250 manat cərimə edilib.

 

Gülşən RAUFQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42