Arxiv
3 mart 2018, 09:32 | AKTUAL
Lukaşenko İlham Əliyevə başsağlığı verdi

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.

 

“Report” xəbər verir ki, bu barədə Belarus prezidentinin saytı məlumat yayıb.

 

Belarusun dövlət başçısı Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirərək xəsarət alanlara şəfa diləyib.

 

Qeyd edək ki, 2018-ci il martın 2-də, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

 

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

 

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Siyavuş Novruzov o məmurları istefaya ÇAĞIRDI 17 Oktyabr 2019, 12:09 Elmar Məmmədyarov: “Erməni həmkarımla Nyu-Yorkdakı sonuncu görüş məni məyus etdi” 17 Oktyabr 2019, 12:05 Hazırlıq qruplarında təhsil alan oğlanlara əsgərlikdən möhlət veriləcək? - Nazirdən CAVAB 17 Oktyabr 2019, 12:03 Təhsil naziri: “4000 şagirdin sinifdə saxlanması o deməkdir ki…” 17 Oktyabr 2019, 11:50 İlham Əliyev həmsədrləri qəbul etdi 17 Oktyabr 2019, 11:46 Ceyhun Bayramov: “Ana dili və riyaziyyat dərslikləri ilə bağlı DƏYİŞİKLİK edilib” 17 Oktyabr 2019, 11:40 Fazil Mustafadan “Traxtor”un oyunçusu ilə bağlı TƏKLİF: “Türk klubuna, ya “Qarabağ”a gətirilsin” 17 Oktyabr 2019, 11:38 Nazir: “Ali məktəb tələbələrinin ən azı 50 faizi təqaüd almalıdır” 17 Oktyabr 2019, 11:38 Bu dəfə Şəmkirdə mənşəyi məlum olmayan ət aşkarlandı - FOTO 17 Oktyabr 2019, 11:36 Ceyhun Bayramov: “Bu il Azərbaycan təhsilində ilkə imza atılıb” 17 Oktyabr 2019, 11:31 Nazir təhsildə aparılan islahatlardan DANIŞIR - VİDEO 17 Oktyabr 2019, 11:28 Regionlarda yaşayan gənc qızlar sahibkarlıq fəaliyyətinə cəlb olunacaqlar 17 Oktyabr 2019, 11:15 AzTU-da Aprel şəhidinin doğum günü qeyd olundu - FOTO 17 Oktyabr 2019, 11:14 Ötən gün yol qəzalarında 1 nəfər ölüb 17 Oktyabr 2019, 11:05 “Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI 17 Oktyabr 2019, 11:04 Bakıda itin dişlədiyi uşaq öldü 17 Oktyabr 2019, 11:00 Arvadını və qayınanasını öldürən şəxsə cinayət işi açıldı 17 Oktyabr 2019, 10:55 Bakı Meriyası sahibkarları TƏNQİD etdi – “Qınaq obyektinə çevriləcəklər” 17 Oktyabr 2019, 10:54 Diqqət: Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq 17 Oktyabr 2019, 10:52 Nazir orta aylıq pensiyanın 293 manata çatacağını ANONS ETDİ 17 Oktyabr 2019, 10:45 Deputat Azərbaycandakı internetin sürətindən ŞİKAYƏTLƏNDİ 17 Oktyabr 2019, 10:43 Bakıda Müstəqillik günü tədbirləri keçirilməyəcək - BŞİH: "Belə planımız yoxdur" 17 Oktyabr 2019, 10:39 Azərbaycan MDB-də sosial müdafiə üzrə Məşvərət Şurasına sədrlik edəcək 17 Oktyabr 2019, 10:24 Hər məmur özünə bir sayt açıb 17 Oktyabr 2019, 10:24 İsgəndər Həmidov yenidən əməliyyat olunacaq - AÇIQLAMA 17 Oktyabr 2019, 10:21 Ramil İmamov: “Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir” 17 Oktyabr 2019, 10:14 “Köhnə kadrların mane olmaq cəhdləri Prezidentin gözündən qaçmır” – Vahid Əhmədov 17 Oktyabr 2019, 10:08 Nazirlik Neftçalada qanunsuz balıq ovu ilə bağlı hərəkətə keçdi 17 Oktyabr 2019, 10:02 Azərbaycanın “Ai-92” markalı benzin aldığı ölkələrin adları AÇIQLANDI 17 Oktyabr 2019, 09:56 DİM hazırlıq kursu barədə elan verdi 17 Oktyabr 2019, 09:45 Ermənilər cəbhədə təxribatlara davam edir 17 Oktyabr 2019, 09:45 İşarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq   17 Oktyabr 2019, 09:39 Azərbaycanın real mənzərəsi 17 Oktyabr 2019, 09:34 Türk Birliyi - Xəyaldan gerçəkliyə! 17 Oktyabr 2019, 09:19 Azərbaycanda bu ərzaq malları bahalaşıb - SİYAHI 17 Oktyabr 2019, 09:13