Modern.az

İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başa çatıb

İlham Əliyevin Qazaxıstana rəsmi səfəri başa çatıb

Təhsil

21 Oktyabr 2011, 21:01
Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri başa çatıb. 

Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Prezident İlham Əliyev həmin gün Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.

Modern.az

 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir