Modern.az

Ermənistanda müdafiə nazirini belə "qarşıladılar" - GÖRÜNTÜ

Ermənistanda müdafiə nazirini belə "qarşıladılar" - GÖRÜNTÜ

Dünya

Bu gün, 09:50

Ermənistanın müdafiə naziri Suren Papikyanın ötən gün səhər saatlarında hərbi hissələrdən birinə gözlənilməz ziyarəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Modern.az xəbər verir ki, gözlənilməz ziyarətə görə hərbi hissə komandirinin rəsmi hərbi formasını geyinməyə vaxtı çatmayıb. Nəticədə komandir müdafiə nazirini adi idman geyimində qarşılayıb.

Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılıb və istifadəçilər vəziyyətlə bağlı istehzalı şərhlər yazıblar. Kadrlardakı uyğunsuz görüntü ilə bağlı şərhçilərdən biri “mafiya başçısı kəndin çempionu ilə görüşür”, - deyə ironik şərh yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar