Modern.az

Tramp BMT tribunasından İranı hədələdi

Tramp BMT tribunasından İranı hədələdi

Dünya

Bu gün, 10:00

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında İranla sülh sazişi əldə olunmasa, İslam Respublikasını “məhv edə biləcəyini” bildirib.

Modern.az xəbər verir ki, bu barədə “Reuters”in məlumatında bildirilib.

Tramp çıxışı zamanı İranla bağlı mühüm qərar verməli olduğunu deyib.

“Mən mühüm qərar verməliyəm. İranla onların ölkəni yenidən qurmasına və əvvəlkindən daha güclü dövlət yaratmasına imkan verəcək bir razılaşma əldə olunacaqmı? Yoxsa İslam Respublikasını məhv etməliyəm və bunu sürətlə həyata keçirməliyəm ki, onlar bir daha insanları öldürə və ölkələri dağıda bilməsinlər?” – deyə ABŞ Prezidenti bildirib.

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində Tramp həmçinin Hörmüz boğazından gəmiçiliyin bərpasında maraqlı olan Yaxın Şərq ölkələrinin liderləri ilə görüşüb.

ABŞ Prezidenti İranla razılaşmanın mümkünlüyü barədə də danışıb. Onun sözlərinə görə, Vaşinqtonun Tehranla danışıqları davam edir və razılaşmanın əldə olunması mümkündür.

“Mən düşünürəm ki, seçkilərdən dərhal sonra İranla razılaşma əldə edəcəyik. Çünki onların bunu etməməsi üçün heç bir səbəb yoxdur. Onlar aralıq seçkilərində mənim işlərimin necə gedəcəyini gözləyirlər. Bilmirəm. Heç vaxt nə olacağını bilmirsən”, – Tramp Yaxın Şərq ölkələrinin liderləri ilə görüşündə deyib.

Qeyd edək ki, Trampın sözləri ABŞ-İran arasında diplomatik təmasların davam etdiyi bir vaxtda səslənib. ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff daha əvvəl İran tərəfi ilə vasitəçilərin iştirakı ilə uzunmüddətli danışıqlar aparıldığını və müzakirələrin “konstruktiv və ümidverici” olduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar