Asiya İnkişaf Bankı Azərbaycanda pul siyasətinin gələcək istiqaməti ilə bağlı proqnozunu açıqlayıb.
Modern.az xəbər verir ki, AİB Azərbaycanda uçot dərəcəsinin 2026-cı ilin sonuna qədər əsasən sabit qalacağını gözləyir.
Qeyd olunub ki, region ölkələrində pul siyasətinin istiqaməti inflyasiya və daxili tələb şərtlərindən asılı olaraq fərqlənəcək.
AİB-in qiymətləndirməsinə görə, Azərbaycan, Ermənistan, Malayziya, Çin və Taylandda siyasət faizlərinin ümumilikdə sabit qalacağı proqnozlaşdırılır.
Bank bildirir ki, 2027-ci ildə inflyasiyanın tədricən azalması ilə regionda pul siyasətinin yumşaldılması istiqamətində dəyişikliklər gözlənilir.
Bununla yanaşı, AİB Azərbaycanda 2027-ci ildə uçot dərəcəsində cüzi artım ehtimalını qeyd edir. Buna əlverişli valyuta şəraiti və inflyasiya risklərinin balanslı olması əsas amillər kimi göstərilir.
Hesabatda vurğulanır ki, Azərbaycanda artan inflyasiya gözləntiləri fonunda Mərkəzi Bank yumşaq pul siyasəti mərhələsini dayandırıb və inflyasiya proqnozunu yüksəldib.