Arxiv
24 Oktyabr 2018, 15:16 | ÖLKƏ
Nuru Paşanın Kür çayının sahilində gecələdiyi ev - Tarixi fakt açıqlandı - FOTO

Məlum olduğu kimi, prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bu günlərdə  daha bir maraqlı fakt üzə çıxıb. 

Moskvada yaşayan hüquqşünas Samir Kərimov 1918-ci ilde azərbaycanlılara qarşı törədilmiş soyqırımının qarşısının alınmasında iştirak etmiş Qafqaz İslam Ordusu ilə bağlı faktı  Modern.az-la bölüşüb.

Samir Kərimov bildirib ki, tarixi fakt Azərbaycanı işğalçılardan azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlıdır.


“Bildiyiniz kimi, 1918-ci ildə Azərbaycanın bir çox bölgələrində erməni-bolşevik cinayətkar birliyi tərəfindən xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. 

Azərbaycanın igid oğulları torpaqlarımızı erməni, bolşevik və ingilis işğalçılarından azad etməklə yanaşı, 1918-ci ildə tarixə çox əlamətdar hadisələr həkk etdiriblər:

-  Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında 28 may 1918-ci ildə Azərbaycanın Dövlət Müstəqilliyini elan ediblər;

-  15 sentyabr 1918-ci ildə Bakını düşmən qüvvələrdən azad edibər;

-  Azərbaycan hökumətinin Bakıya köçürülməsinə, 7 dekabr 1918-ci ildə Azərbaycan Parlamentinin toplanmasına və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına nail olublar.

Azərbaycanın və onun ürəyi olan Bakının düşməndən azad edilməsi Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi altında  qəhrəman ogulladimizin qanı bahasına başa gəlib.

1918-ci ilin iyulunda Qafqaz İslam Ordusu Gəncə şəhərində 2 qrupa - şimal və cənub qrupuna bölünərək Bakı istiqamətində hərəkət edib, şəhər və kəndlərimizi ermənilərdən təmizləməyə  başlayıblar”. 

“Kəndimizin adı “Bulduq” olacaq”

Samir Kərimov həmçinin bildirib ki, yaşı 100-dən çox olan kəndə “Bulduq” adının verilməsi Nuru Paşanın sözləri ilə əlaqəlidir:

“1918-ci ilin iyulunda Qafqaz İslam Ordusunun şimal və cənub qrupu Kürdəmir və Şamaxı ərazisini ermənilərdən azad etdikdən sonra, Nuru Paşa onu müşayiət edən əsgər və zabitlərlə birgə o bölgənin çox zəngin və imkanlı bəylərindən olan mənim ulu babam Kərbəlayı Nəcəfqulu bəyin qonagi olublar və babamin Kür çayının sahilində yerləşən evində bir gecə qalıb.

Səhər yeməyindən sonra durub gedərkən Nuru Paşa babama deyib: “Biz burda da olduq, kəndi türkümüzü bulduq”. Kərbəlayı Nəcəfqulu bəy ağ atın belində öz çevrəsi ilə  Nuru Paşanı yola salıb qayıtdıqdan sonra deyib ki, “qərarım qətidir, kəndimizin adı “Bulduq” olacaq”. 


Bulduq kəndi indiki Sabirabad rayonunun Muğan bölgəsində, Kür çayinin sahilində yerləşir.

Kərbəlayı Nəcəfqulu bəyin həyat yoldaşı Gülzar xanım dünyasını 124 yaşında, 1960-cı ildə dəyişib. Kərbəlayı Nəcəfqulu bəyin 1886-cı ildə Xudafərin körpüsündən keçərək Cənubi Azərbaycandan həmişəlik Şimali Azərbaycana daşınmasını, 1888-ci ildə şəkildəki evi tikdirərək orada məskunlaşmasını və 1918-ci ildə həmin kəndi “Bulduq” adlandırmasını Gülzar xanım sağlığında ata-anama ətraflı danışıb”.

Müsahibimiz tarixi faktdan danışarkən nənəsi Gülzar xanımın erməni vəhşiliyi barədə söylədiklərindən söz açıb.

 

 
“Ermənilər məscidlərə od vurub insanları diri-diri yandırırlarmış”

“Gülzar nənəm danışırmış ki, 1918-ci ildə Ağdaşda, Şamaxıda, Qubada, Salyanda və Azərbaycanın digər bölgələrindəki məscidlərdə kişilər namaz qılarkən, ermənilər qapıları arxadan bağlayıb, ibadətgahlara od vuraraq insanlari diri-diri yandırırlarmiş. Nuru Paşa və türk əsgərləri vaxtında köməyə gəlməsəymişlər, silahlandırılmış ermənilər silahsız azərbaycanlıları qırıb qurtaracaqmışlar.

 

Kərbəlayı Nəcəfqulu bəyin iki oğlu - Ağakərim və Abbas Qafqaz İslam Ordusunun tərkibində ermənilərə qarşı fədakarcasına vuruşublar. Ağakərim bəy Gəncədə şəhid olub, Abbas bəy isə Bakının azad edilməsindən sonra sağ qalsa da, 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilib və bir daha geri qayıtmayıb.

 

Ac bolşeviklər gələndə hər yerdə olduğu kimi, Kərbəlayı Nəcəfqulu bəyin də var-dövlətini əlindən alıblar. O zaman Kərbəlayı Nəcəfqulu bəy deyib ki, yalan və küləklə qurulan dövlət çox çəkməz, dağılar. 71 il sonra babamız Kərbəlayı Nəcəfqulu bəyin uzaqgörənliyinin şahidi olduq.

 

Gülzar nənə Sovet dönəmində Qərbi Azərbaycandan köçürülən qohum-əqrəbalarını Kərbəlayı Nəcəfqulu bəyin şəxsi torpaqlarında yerləşdirib və sonradan Bulduq kəndi daha da böyüyüb”.

100 yaşlı Bulduq kəndi...

Samir Kərimov vurğulayıb ki, Nuru Paşanın qonaq olduğu ev indi də tarixi yer kimi qalır.


“Sonradan mənim babam Ağaşərif bəy Bakıya köçsə də, Bulduq kəndi ilə əlaqə kəsilməyib.

 

Türk generalı Nuru Paşanın Kür çayının sahilindəki Bulduq kəndində qonaq qalıb gecələdiyi evimizin 100 ildən çox yaşı var və həmin ev indi də qalır.

 

Bu il Şimalı Azərbaycanın ərazisində  Xalq Cümhuriyyətinin qurulmasının və Bakının düşmən qüvvələrdən azad edilməsinin 100 ili tamam olub. Hörmətli prezidentimiz İlham Əliyev və qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Təyyub Ərdoğan bu bayramı dövlət səviyyəsində layiqincə qeyd etdilər.

 

Kəndimizin tarixi dövlətimizin tarixi ilə bağlıdir. Ulu babam Kərbəlayı Nəcəfqulu bəy tərəfindən  kəndimizə “Bulduq” adının verilməsinin 100 ili bu il tamam olur.

Buna görə də Kərbəlayı Nəcəfqulu bəy nəslinin davamçısı kimi bu tarixi faktı oxucularla bölüşməyi özümə  borc bildim”.

General Nuru Paşanın Kür çayının sahilində, Sabirabad rayonunun Bulduq kəndində qonaq qalıb gecələdiyi ev.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Jurnalistlərə əlçatan olmayan mətbuat katibləri: məmurlaşanlar, tənqidə dözümsüzlər, qaçıb gizlənənlər… 11 Dekabr 2019, 08:46 Bakı-Sumqayıt yolunda böyük tıxac yarandı 11 Dekabr 2019, 08:41 Çempionlar Liqasında 6-cı tur yekunlaşır - “Qalatasaray” üçün çətin sınaq - TƏQVİM 11 Dekabr 2019, 08:28 Bu komandalar da Çempionlar Liqasının 1/8 finalına çıxdılar 11 Dekabr 2019, 08:23 Tramp Lavrovla görüşdü 11 Dekabr 2019, 00:56 Dadaşlinski Elxan Məmmədovu sorğuladı - VİDEO 11 Dekabr 2019, 00:34 Bakıda 44 yaşlı kişi döyüldü 11 Dekabr 2019, 00:16 Daha 2 komanda Çempionlar Liqasının 1/8 finalında 10 Dekabr 2019, 23:58 “EuroHome”un yaxınlığında dəhşətli qəza: 2 tələbə öldü - VİDEO, +18 10 Dekabr 2019, 23:45 Müsavat növbədənkənar seçkiyə bu namizədlərlə gedir: eks-deputatlar, professorlar, hüquqşünaslar, jurnalistlər, politoloqlar... 10 Dekabr 2019, 23:34 Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu 10 Dekabr 2019, 23:10 “Olduqca vacib vəsaitdir” - Ekspert AzEdu.az-ın “Kurikulum bələdçisi”ndən yazdı 10 Dekabr 2019, 22:47 Nobel mükafatlarının təqdimatı oldu 10 Dekabr 2019, 22:24 “EuroHome”un qarşısında bədbəxt hadisə: 2 ölü 10 Dekabr 2019, 22:07 Azərbaycan neftinin qiyməti dəyişdi 10 Dekabr 2019, 21:52 Sabiq müdafiə naziri güllələndi 10 Dekabr 2019, 21:37 ABŞ-dan daha bir ölkəyə qarşı sanksiyalar 10 Dekabr 2019, 21:22 Britaniya səfiri Şəkidə 10 Dekabr 2019, 21:08 Gələn ildən “WhatsApp” bu telefonlarda işləməyəcək 10 Dekabr 2019, 20:53 Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasəti tənqid edildi 10 Dekabr 2019, 20:51 Pompeo ilə Lavrov arasında görüş keçirilir 10 Dekabr 2019, 20:41 Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…” 10 Dekabr 2019, 20:33 Şirvanda yeni doğulan körpə öldü 10 Dekabr 2019, 20:16 Putin qardaşının ölümündən danışdı 10 Dekabr 2019, 20:02 Messi “İnter”lə matçda oynamayacaq 10 Dekabr 2019, 19:44 Gəncədə qadın əməliyyat zamanı öldü 10 Dekabr 2019, 19:28 Yol polisinin saxladığı şəxs özünü bıçaqladı 10 Dekabr 2019, 19:11 Gömrük Akademiyasında seminar keçirilib 10 Dekabr 2019, 18:58 Goranboyda nazir müavininin iştirakı ilə müşavirə keçirildi 10 Dekabr 2019, 18:41 Başqasının yerinə imtahan verənlər cinayət məsuliyyətinə cəlb olunacaq - QƏRAR 10 Dekabr 2019, 18:27 MTRŞ qalmaqallı tezliklə bağlı açıqlama YAYDI - “Guya Çingiz Mustafayevə aid olan...” 10 Dekabr 2019, 18:10 Putin: “Ukraynada ikinci Serebrenitsa qətliamı ola bilər” 10 Dekabr 2019, 18:08 Rövşən Rzayev vətəndaşları qəbul edib 10 Dekabr 2019, 18:04 Bu həkimlərin maaşı 50 faiz artdı - SƏRƏNCAM 10 Dekabr 2019, 17:44 Elmar Məmmədyarov Latviyaya gedəcək 10 Dekabr 2019, 17:37