Arxiv
17 Aprel 2019, 11:27 | HADİSƏ
AXCP-ReAl QALMAQALI  dərinləşir: “Faktları ortaya qoysunlar, siyasətdən gedək!”

Respublikaçı Alternativ (ReAl) və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri arasında gərginlik artmaqda davam edir. Bu dəfə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı özünün sosial şəbəkə hesabında müzakirələrə səbəb olacaq fikirlər paylaşıb. O, ReAl üzvlərinin Brüssel səfərini Azərbaycan hakimiyyətinin təşkil etməsi barədə iddialar səsləndirib:

“Siyasi mədəniyyət tələb edir ki, ReAL rəhbərliyi Avropa İttifaqının mətbuat katibi Adam Kaznovskinin "Aİ ReAl nümayəndələrini nə Brüsselə dəvət edib, nə də ki, onların səfərinə sponsorluq edib" sözlərindən sonra, çıxıb Brüsselə səfərlərini hakimiyyətin təşkil etdiyini etiraf etsin. ReAl rəhbərliyi ən azı təşkilatın üzvlərinə, Facebook-da onların yazılarını bəyənən sadə insanlara niyə onları aldatdıqlarını, nəyin xatirinə belə bir çirkin işə getdiklərini mütləq açıqlamalıdırlar. İnsanların inamı ilə belə oynamaq etik deyil”.


ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli isə söyləyib ki, Fuad Qəhrəmanlının məsələdən ümumiyyətlə xəbəri yoxdur:

“Azərbaycanda çox siyasətçilər Avropa Birliyi, Avropa Parlementi, Avropa Şurası, ATƏT nədir – bunları bilmirlər. Hamsı elə bilir ki, Avropa dedikdə bütün bu strukturlar eyni məkandan idarə olunur. Elə deyil, sadaladıqlarım fərqli strukturlardır. Biz isə heç vaxt deməmişik ki, Azərbaycandan Brüsselə səfərimizi Avropa Birliyinin Azərbaycan səfirliyi təşkil edib. Həmişə demişik ki, onlar sadəcə texniki dəstəyi göstəriblər. Doğrudan da, onların texniki dəstəyi çox vacib oldu. Bunu özümüz qeyd elədiyimiz halda, Avropa İttifaqının nümayəndəsi də əslində bunu təsdiq etmiş olur. Sponsorluğu da, dəvəti də Avropada yerləşən nüfuzlu “beyin mərkəzləri” edib. Bunu təsdiq etdiyimiz halda, bizə qarşı kampaniyaya, qarayaxmaya başlayıblar. Həmin siyasətçilər köhnə təfəkkürlü olduqları üçün belə məqamları anlamırlar”.

  • Cəfərlinin fikrincə, ReAl-ın Brüsseldə çıxışını hökumətin təşkil etdiyini iddia etmək tamamilə absurddur:
  • “Hökumətin zatən Avropa Birliyi ilə ayrıca danışıq platforması var, danışıqlar da tamamilə gizli aparılır. Məntiqlə hökumətin buna ehtiyacı yoxdur. Hökumət istəməz ki, danışıqların içərisi haqqında kənardan məlumat əldə edilsin. Mən təəssüf edirəm ki, AXCP nümayəndələri rəqib kimi ReAl-ı görüblər və belə qarayaxmalarla məşğuldurlar. Əslində bunları səsləndirən tərəf sübutla məhkumdur, sübutla mükəlləfdir. Onlar sübut göstərə bilmirlərsə, belə boşboğazlıq etməməlidirlər. Ona qalsa, mən də iddia edə bilərəm ki, Fuad Qəhrəmanlı hökumətlə anlaşıb, həbsdən çıxıb, indi də hökumətin sifarişini yerinə yetirir. Bunu heç vaxt demərəm, çünki nə sübutum yoxdur, nə də mədəniyyətim imkan verir. Amma belə boş-boş sözləri deməyə o insanların “mədəniyyəti” çatır”.

    Politoloq Zərdüşt Əlizadənin bir neçə gün öncə səsləndirdiyi “ReAl rəhbərlərinə demişəm ki, AXCP nümayəndələrinə fikir verməyin” sözlərini xatırlayan N. Cəfərli deyib ki, bu məsləhətlərə qulaq asmağa çalışırlar:

    “Amma AXCP təmsilçiləri və digər şəxslər hərdən elə ittihamlar səsləndirirlər ki, öz çevrəmizdən də suallar yaranmasın deyə, ittihamlara cavab vermək məcburiyyətində qalırıq. Əslində bu ittiham da deyil, qarayaxmadır, qeybətdir. Siyasətçi qeybət etməməlidir, faktlarla danışmalıdır. Əgər Fuad Qəhrəmanlının da bu məsələ ilə əlaqədar faktı varsa, ortaya qoysun, sübut etsin. Biz də siyasətdən gedək, istefa verək! Yox əgər bunu sübut edə bilmirsə, deməli, Fuad Qəhrəmanlı  ilə onun kimi düşünən Xalq Cəbhəsi üzvləri istefa verməlidirlər. Abırlarına kor olub, birdəfəlik siyasəti tərk etməlidirlər”.

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Nazirlərin Cenevrə görüşü başladı 29 Yanvar 2020, 14:26 Qazaxıstandan Bakıya uçan təyyarə geri qayıtdı 29 Yanvar 2020, 14:10 Seçki məntəqələrində panduslar quraşdırılacaq 29 Yanvar 2020, 14:04 Siyavuş Novruzov Şahbuz şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb - FOTO 29 Yanvar 2020, 13:58 Deputatlığa namizəd Elmar Musayevin uğur sirri - Seçicilər onu necə alqışlayır? - VİDEO 29 Yanvar 2020, 13:51 Makiyajlı, diqqət çəkici hicablı QADINLAR - “Seçim özlərinindir” 29 Yanvar 2020, 13:46 Tramp yəhudiləri ərəblərlə barışdıra biləcək? – “Əsrin razılaşması”nın DETALLARI 29 Yanvar 2020, 13:40 Çingiz Qənizadənin seçiciləri ilə izdihamlı görüşləri - Fotolar 29 Yanvar 2020, 13:35 Çin aviaşirkəti Bakıya uçuşları dayandırdı 29 Yanvar 2020, 13:30 Naxçıvan seçicilərindən Eldar İbrahimova böyük dəstək - FOTOLAR 29 Yanvar 2020, 13:25 Qış vaxtı, yaz havası - 16 DƏRƏCƏ İSTİ  29 Yanvar 2020, 13:20 Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI 29 Yanvar 2020, 13:13 Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrıldı - Bu xəstəxanalarda 29 Yanvar 2020, 13:07 Abituriyentlərin nəzərinə - Builki qəbul imtahanlarında ballar belə hesablanacaq 29 Yanvar 2020, 13:01 Doktorantlar Prezidentə müraciət etdi 29 Yanvar 2020, 12:56 Təhsil Nazirliyi Çindən azərbaycanlı tələbələrin gətirilməsinin yollarını AXTARIR 29 Yanvar 2020, 12:50 Səhiyyə Nazirliyindən dəhşətli virusla bağlı əhaliyə MÜRACİƏT 29 Yanvar 2020, 12:45 “Virus daşıyıcısı olan uşaqlar bağçaya, məktəbə gəlməsinlər” - Baş pediatrdan MÜRACİƏT 29 Yanvar 2020, 12:39 Pomidor, qızıl, fındıq... – Azərbaycanın neftdən sonra ən çox pul qazandığı SAHƏLƏR 29 Yanvar 2020, 12:34 Siyavuş Novruzov seçicilərlə görüşlərini davam etdirir - FOTO 29 Yanvar 2020, 12:29 Tofiq Qasımov İsveçrədə dəfn olunub: “Ailəsi bu barədə Azərbaycana gec məlumat verib” 29 Yanvar 2020, 12:23 XİN-dən İstanbuldakı Baş Konsulluğun səhvinə REAKSİYA 29 Yanvar 2020, 12:16 Ceyhun Məmmədov seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR 29 Yanvar 2020, 12:10 Azərbaycan Davos İqtisadi Forumunun Regional mərkəzinin yaradılacağı nadir ölkələrdəndir - Mikayıl Cabbarov 29 Yanvar 2020, 12:05 “Xalqa xidmət etməkdən böyük qürur hissi duyuram” - Ziyad Səmədzadə ağsaqqallarla bir arada - FOTOLAR 29 Yanvar 2020, 11:59 BMU-nun tələbələri proqramçılar müsabiqəsinin qalibi olub - FOTO 29 Yanvar 2020, 11:53 Seçiciləri Ağalar Vəliyevi yenidən deputat görmək istəyir - FOTO 29 Yanvar 2020, 11:47 Serj Sarkisyanın cinayət işi məhkəməyə verildi 29 Yanvar 2020, 11:41 Ziyafət Əsgərovun seçicilərlə görüşləri davam edir - FOTO 29 Yanvar 2020, 11:35 "Azercell" 2020-ci il üzrə Tələbə Təqaüdü Proqramının nəticələrini açıqlayıb - FOTO 29 Yanvar 2020, 11:29  “Azərsu” rəhbəri Ağcabədi və Laçın sakinlərini qəbul etdi 29 Yanvar 2020, 11:23 Bakı sakini QİÇS-dən öldü 29 Yanvar 2020, 11:17 Fəzail Ağamalının Milli Məclisdəki çıxışından VİDEO 29 Yanvar 2020, 11:15 Nazirlər Kabinetində 4 şöbənin müdir vəzifəsi bu şəxslərə həvalə olundu 29 Yanvar 2020, 11:12 Novruz Aslanovun təşviqatı davam edir - FOTOLAR 29 Yanvar 2020, 11:06
    SORĞU Yeni parlamentdə kimlər olsun?