Arxiv
19 Aprel 2019, 19:14 | HADİSƏ
Polis 3 il əvvəl törədilən qətlin üstü açdı

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Abşeron rayonundatörədilmiş qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb.

 

Modern.az-a daxil olan birgə məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü açılıb.

 

Belə ki, Tamara Rəsulovanın, oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb.

 

Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

17 aprel 2019-cu il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq,xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilb.

 

Cinayət işi üzrə istintaq davam etdirilir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49 İzmirdə əməliyyat - 47 hərbçi saxlanıldı 23 İyul 2019, 12:46 Abşeronda restoran yandı 23 İyul 2019, 12:31 Qədir Rüstəmovsuzluq – “Onun məhləsində  qadınlar corabsız gəzməzdi” 23 İyul 2019, 12:26 Agentlik bu dəfə şirniyyat sexini bağladı - FOTOLAR 23 İyul 2019, 12:22 İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi 23 İyul 2019, 12:15 Şəkidə Regional Bərpa Mərkəzi yenilənir 23 İyul 2019, 12:11 Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı 23 İyul 2019, 12:06 Prezident Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib 23 İyul 2019, 11:52 Dini Komitə social şəbəkələrdəki dinlə bağlı yazılardan NARAZIDIR 23 İyul 2019, 11:50 Qərbi Kaspi Universitetindən “Flex Azərbaycan”ın finalçıları üçün təqaüd PROQRAMI 23 İyul 2019, 11:37 Ağdamda 17 məscid dağıdılıb 23 İyul 2019, 11:29 “Fenerbah”çe 19 milyon avroya oyunçusunu “satır” 23 İyul 2019, 11:27 Gədəbəydə “tarix” YAZILIR – Kabab, dovğa, şirniyyatlar... 23 İyul 2019, 11:24 Azərbaycan XİN Misir hökumətini təbrik etdi 23 İyul 2019, 11:05 ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 23 İyul 2019, 11:04 Ceyhun Bayramov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 23 İyul 2019, 11:01 Los Ancelesdə azərbaycanlı bəstəkarın yeni əsəri təqdim olundu 23 İyul 2019, 10:57