Modern.az

Ağstafada ağır qəza - Yaralılar var

Ağstafada ağır qəza - Yaralılar var

Hadisə

10 İyul 2026, 20:11

Ağstafada minik avtomobilləri toqquşub.

Modern.az xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib. 

Belə ki, əks istiqamətdə hərəkətdə olan iki minik avtomobili toqquşub. 

Zərbənin təsirindən avtomobillərdən biri yol kənarındakı arxa düşüb. Nəticədə hər iki avtomobilin sürücüsü xəsarət alıb.

1970-ci il təvəllüdlü Hicran Əmiraslanov və 1978-ci il təvəllüdlü Vüsal İsmayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

(Qafqazinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...