Modern.az

Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü

Xaçmazda elektrik dirəyindən yıxılan kişi öldü

Hadisə

12 İyul 2026, 17:20

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

Modern.az xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.

Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...