Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Modern.az xəbər verir ki, hadisə iyulun 12-də saat 05:15 radələrində Bakı–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində baş verib.
İlkin məlumata görə, Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı sərnişin avtobusu idarəetmədən çıxaraq əvvəlcə yolun sol kənarındakı beton arakəsməyə çırpılıb, daha sonra aşıb.
Qəza nəticəsində 21 nəfər xəsarət alıb. Yaralılardan 7-si Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına, 14-ü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar Qurbanzadə Timur Yusif oğlu, Qurbanova Vəfa Nəriman qızı, Qurbanzadə Ayxan Yusif oğlu, Kələşov Mahir İludul oğlu, Məmmədov Rəşid Rəsul oğlu, Əliyeva Sevil Abdulsalam qızı, Osmanova Səbinə Paşa qızı, Vahabov Məmmədəli Mustafa oğlu, Zabitli Nicat Habil oğlu, Qurbanov Yusif Süleyman oğlu, Kələşov Məhəmməd Mahir oğlu, Həsənli Sarxan Ruslan oğlu, Danyal Zanutalski İbrahim oğlu, Mikanayeva Fərəh Məmmədzahid qızı, Xəlilova Dəcilə Fəzail qızı, Ömərov Nurlan Nadir oğlu, Hasilova Zümrüd Məhəmməd qızı, Məmmədov Ramazan Nazim oğlu, Balayev Firuz Elvin oğlu və Mikamayeva Nigar Orxan qızıdır.
Faktla bağlı araşdırma aparılır.