Modern.az

Azərbaycanlıların da izlədiyi sosial şəbəkəyə sanksiyalar tətbiq edilib

Azərbaycanlıların da izlədiyi sosial şəbəkəyə sanksiyalar tətbiq edilib

Dünya

Bu gün, 14:42

Avropa İttifaqı (Aİ) Rusiyanın texnologiya şirkəti VK-ya qarşı sanksiyalar tətbiq edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə bildirilir ki, VK "Kommunikasiya Platforması" şirkətinin ana şirkətidir. Sənədə əsasən, bu şirkət Rusiya tərəfindən yaradılan “Max” messencerini hazırlayıb və layihənin hazırlanmasına Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarət etdiyi iddia olunur.

Sənəddə qeyd edilir ki, bir sıra ekspertlərin fikrincə, “Max” tətbiqi geniş izləmə imkanlarına malikdir. Bildirilir ki, tətbiq telefonda quraşdırılmış digər proqramlar haqqında məlumat toplaya, kontakt siyahısını və istifadəçinin geolokasiyasını müəyyən edə, həmçinin avtomatik yenilənmələr həyata keçirə bilir.

Aİ sənədində həmçinin vurğulanır ki, Rusiyada Max tətbiqinin tətbiqi və təşviqi müstəqil platformalara qarşı təzyiqlərlə müşayiət olunub. Buraya WhatsApp və Telegram kimi tətbiqlərin bloklanması, eləcə də VPN xidmətlərinin istifadəsinin məhdudlaşdırılmasına yönəlmiş kampaniyalar aid edilir.

Bundan əlavə, Aİ hesab edir ki, VK Rusiya hakimiyyəti ilə əməkdaşlıq edərək Ukraynaya qarşı müharibəni tənqid edən istifadəçilərin məlumatlarını dövlət orqanlarına ötürüb və hökumətin VPN xidmətlərinə qarşı tətbiq etdiyi məhdudiyyətlərin həyata keçirilməsində iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!