Modern.az

Putin ona vətəndaşlıq verdi

Putin ona vətəndaşlıq verdi

Dünya

Bu gün, 16:00

Belçikalı avtomobil dizayneri Pyer Leklerk Rusiya vətəndaşlığını alıb. 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda qeyd olunub.

Pyer Leklerk avtomobil sənayesində tanınmış dizaynerlərdən biridir. O, vaxtilə “BMW” şirkətində çalışıb və BMW X5 və BMW X6 modellərinin dizaynının hazırlanmasında iştirak edib.

2013–2017-ci illərdə Çinin “Great Wall Motors” konsernində dizayn şöbəsinə rəhbərlik edən Leklerk, bu müddətdə Haval H6 da daxil olmaqla bir sıra layihələrə rəhbərlik edib. Daha sonra o, “Kia Motors” şirkətində fəaliyyət göstərib və hazırda Fransanın “Citroen” şirkətində dizayn şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Dizaynerin Rusiya vətəndaşlığını alma səbəbi isə açıqlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!