Macarıstan parlamenti ölkə prezidenti Tamaş Sulyokun vəzifədən uzaqlaşdırılması məsələsini müzakirəyə çıxarmağa hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, Baş nazir Péter Magyar parlamentdə çıxış edərək prezidentin impiçmenti ilə bağlı arqumentlərini təqdim edəcək.
Bildirilir ki, səsvermə həmin gün sürətləndirilmiş prosedur çərçivəsində, cəmi bir neçə saatlıq müzakirədən sonra keçiriləcək.
Bloomberg qeyd edir ki, Macarıstan parlamentində Baş nazir Peter Macarın rəhbərlik etdiyi "Tisa" partiyası üçdə iki çoxluğa malik olduğundan, konstitusiya dəyişikliyinin qəbul olunacağı ehtimalı yüksək qiymətləndirilir.