Modern.az

Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR

Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR

Ölkə

21 Aprel 2019, 18:07

Türkiyədə ana müxalifətin lideri - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlu Ankarada qatıldığı şəhid hərbçi Yener Kırıkcının yas mərasimində  kütlənin hücumuna məruz qalıb.

Modern.az Türkiyə KİV-nə istinadən  xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları partiya sədrini qəzəbli kütlənin əlindən alıb. Partiya sədri hadisə yerindən zirehli maşınla uzaqlaşdırılıb.

Daxili işlər naziri Süleyman Soylu müxalifət partiya sədrinə hücumun yolverilməz olduğunu bildirib. Hadisə ilə bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü