Modern.az

Türkiyədə futbolçuları daşıyan avtobus yandı - VİDEO

Türkiyədə futbolçuları daşıyan avtobus yandı - VİDEO

İdman

Bu gün, 14:45

Türkiyənin 3-cü Liqasında mübarizə aparan “Karaman” klubunun futbolçularını daşıyan avtobus naməlum səbəbdən yanıb.

Modern.az yerli mediaya istinadla bildirir ki, hadisə komanda Silifke şəhər stadionunda “Yeni Mersin İdman Yurdu” ilə keçirəcəyi oyuna gedərkən baş verib. Karaman şəhər mərkəzinə yaxınlaşan avtobusda nasazlıq yaranıb və ardınca yanğın başlayıb.

Futbolçular, məşqçilər heyəti və klub əməkdaşları avtobusdan vaxtında təxliyə ediliblər. Yanğınsöndürənlər alovu söndürüblər. Lakin avtobus və içərisindəki idman ləvazimatları tamamilə yanıb.

Klubun açıqlamasına görə, Türkiyə Futbol Federasiyası (TFF) hadisə səbəbindən həmin gün keçirilməli olan qarşılaşmanı başqa tarixə təxirə salıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)