Modern.az

Holand bir oyunda 52 illik rekordu qırdı

Holand bir oyunda 52 illik rekordu qırdı

İdman

Bu gün, 15:09

Norveç millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holand Uelslə oyundan sonra iki statistik göstəriciyə imza atıb.

Modern.az xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 14-də Osloda keçirilən qarşılaşma Norveç millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Holand 88-ci dəqiqədə penaltidən fərqlənib, daha əvvəl isə Andreas Şelderupun qoluna məhsuldar ötürmə verib.

Bununla da norveçli futbolçu milli komandada keçirdiyi ilk 60 oyunda bu qədər qol vuran sonuncu avropalı futbolçu olan almaniyalı Gerd Müllerin 1974-cü ildə qeydə aldığı göstəriciyə çatıb.

Holand daha bir tarixi nailiyyətə imza atıb. O, həm milli komandada, həm də UEFA Çempionlar Liqasında hər oyuna orta hesabla birdən çox qol vuran yeganə futbolçu olub. Bu statistikaya hər iki turnirdə ən azı 20 qol vuran oyunçular daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)