Modern.az

Binəqədidə “Təmizlik ayı”

Binəqədidə “Təmizlik ayı”

25 Aprel 2019, 10:06

Ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Binəqədi rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir.

Görülən işlər çərçivəsində Xocasən qəsəbəsində yerləşən Matadrom yaşayış massivində, 8-ci mikrorayon Ə.Naxçivani küçəsi 33- 34 saylı binaların önündə ağacəkmə və rayon ərazisində yerləşən istirahət parklarında “Polietilensiz gün” devizi altında təmizlik aksiyaları keçirilib.

Keçirilən aksiyanın əsas məqsədi  ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub.Ümumilikde “Təmizlik ayı” çərçivəsində 90 maşından çox müxtəlif növ məişət tullantılarının daşınması həyata keçirilmiş, 600 dən çox müxtəlif növ mövsümi ağaclar əkilmişdir. Əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilmişdir. Həmçinin ilboyu həmin ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınmışdır.

Bundan başqa qəsəbələrdə zibil konteyneri rənglənmiş, ehtiyac duyulan konteynerlərində təmir-bərpa işləri görülmüşdür. Qanunsuz çəpərlənmiş ərazilərdə müvafiq qaydada təmizləmə işləri həyata keçirilmişdir.Qəsəbə və yaşayış məntəqələrində yerləşən binaların fasadları təmir edilmiş, yol kənarları boyu ağacların tozlardan təmizlənməsi məqsədi ilə yuyulması işləri baş tutmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulmuşdur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir