Modern.az

“Tullantılardan sənətə”...

“Tullantılardan sənətə”...

Aktual

14 May 2019, 16:03

Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq saylı Sərəncamı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.

 

Növbəti tədbir Binəqədi rayonu 103 nömrəli tam orta məktəbdə təşkil olunub.

 

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Nicat Allahverdiyev, baş məsləhətçisi Elnur Məmmədov, Xocasən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov, məktəbin direktoru Səma Həziyeva, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir. Belə ki, tədbirlər planının 1.6-cı bəndinin “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi barədə treninq və seminarların keçirilməsi, söhbətlərin aparılması, səyyar görüşlərdə məlumatların verilməsi və 4.4-cü bəndinin icrası ilə əlaqədar “Tullantıdan sənətə” sərgisi təşkil edilib.

 

Sonda şagirdlərin ifasında şerlər, mahnılar və səhnəciklər nümayiş olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!