Arxiv
15 May 2019, 16:31 | AKTUAL
Dillər Universitetində “Bahar günü” festivalı keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Yaponiya Araşdırmalar Mərkəzinin və AWA (Azerbaijan web of anime) cəmiyyətinin birgə əməkdaşlığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Bahar günü” adlı tədbir keçirilib.

 

Tədbir iki hissədən ibarət təşkil edilib. Birinci hissə akt zalında keçirilib və ADU-nun Yaponşünas tələbələri tərəfindən hazırlanan mahnı və rəqslərdən ibarət konsert proqramı, Anime cəmiyyətinin üzvlərinin, eyni zamanda ADU-nun tələbələri tərəfindən hazırlanan və Azərbaycan dilinə tərcümə edilmiş anime təqdim edilib. Bundan başqa Kendo təşkilatı tərəfindən Kendo idman növü də nümayiş edilib.

 

Tədbirin ikinci hissəsi ADU-nun foyesində baş tutub. Burada Yaponiyanın mədəniyyət nümunələrini təqdim edən stendlər təqdim olunub. Bu stendlərdə Yaponiyanın mətbəxi, incəsənəti, mədəniyyəti, coğrafiyası, idman növləri və digər maraqlı sahələri öz əksini tapıb. Onu da qeyd edək ki, tədbirdə Yaponiya səfirliyinin əməkdaşları da iştirak ediblər.

 

Müxtəlif universitetlərdən gələn və 300 nəfərə yaxın qonaqların iştirak etdiyi bu tədbir maraqlı və çox yüksək səviyyədə təşkil olunub. Qonaqlar üçün ən maraqlı məqamlardan biri də o olub ki, onlar hər stenddən maraqlı məlumatlar alıb, sonda isə sual-cavab stendinə yaxınlaşaraq, aktiv şəkildə verilən sualları cavablandırıblar. Suallara düzgün cavab verənlər hədiyyələr də qazanıb. Hədiyyələr AWA (Azerbaijan web of anime) cəmiyyəti və Yaponiya Araşdırmalar Mərkəzi tərəfindən təqdim olunub.

 

Dörd saatdan çox davam edən tədbir şəhərimizin yaponsevərlərini bir araya toplayıb, onları Yaponiya kimi qeyri-adi ölkə ilə daha yaxından tanış edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41 Gəncədə avtomobil 19 yaşlı qızı vurdu 25 May 2019, 10:30 Saakaşvilinin Ukraynaya qayıdacağı tarix AÇIQLANDI 25 May 2019, 10:23 Ali məktəbi bitirənlər niyə dövlət qulluğunda az təmsil olunur? - PROBLEM 25 May 2019, 10:13 Neftçalada 5 uşaq anası olan 30 yaşlı qadın intihar etdi 25 May 2019, 10:06 Cəbhədə gərginlik – Atəşkəs 20 dəfə pozuldu 25 May 2019, 09:59 Rusiyalı nümayəndə heyəti DOST mərkəzi ilə tanış olub 25 May 2019, 09:53 Bu gün Bakıda 28 dərəcə isti olacaq 25 May 2019, 09:36 NATO yeni hərbi strategiya qəbul edir – Rusiyaya görə   25 May 2019, 09:22 “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” 25 May 2019, 09:03 Dağıstanda 4,5 bal gücündə zəlzələ olub 25 May 2019, 08:56 Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01