Modern.az

“UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev  

“UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev  

Aktual

22 May 2019, 16:09

“Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin "ScienceSlam" Elm müsabiqəsi tədbirindəyik. Bu platforma tələbələrin potensialının açılması, yeniliklərə meylliliklərini ortaya çıxarır”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev özünün şəxsi feysbuk hesabında yazıb. O, UNEC-də son zamanlar islahatların səmərəsini vurğulamaqla, fikirlərini iştirak etdiyi tədbirin fonunda belə əsaslandırıb:

 

“Universitetdə aparılan islahatların birmənalı olaraq tələbələrin intellektual səviyyəsinin yüksəlməsinə də təsiri olub. Biz bu gün bunun əyani şahidi olduq. Gələcəyimiz olan gənclik sərbəst düşüncəyə, tənqidi təfəkkürə malik olmalı, biliyini çəkinmədən nümayiş etdirə bilməlidir. Universitetin bu təşəbbüsü alqışlanmalıdır. Tədbir gözlədiyimizdən daha yüksək səviyyədə alındı.

 

P.S. Tələbələrin fikirlərini ağıllı və məntiqli izah etmələri, onların natiqlik qabiliyyəti birmənalı şəkildə ali məktəblərdəki təhsilin keyfiyyətindən və təhsil mühitindən asılıdır. Bu keyfiyyətlərı özündə cəmləşdirən tələbə həm də gələcəyin yaxşı mütəxəssisi kimi yetişəcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı