"Tehran Xəzər dənizində gəmiyə edilən hücumla bağlı Ukraynaya hərbi cavab verməyi gündəliyinə daxil edib".
Modern.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Fəda-Hüseyn Maleki bildirib.
Onun sözlərinə görə, İran əvvəlcə məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə Kiyevə ultimatum göndərib.
“Biz diplomatik kanalla cavab verdik, ultimatum irəli sürdük, lakin hərbi cavab mütləq olacaq”, – deyə Maleki vurğulayıb.
Qeyd edək ki, İran rəsmiləri daha əvvəl də Xəzər dənizindəki insidentə görə Ukraynanı ittiham etmiş və bunun nəticəsiz qalmayacağını bildirmişdilər. Bu bəyanat Tehranın məsələ ilə bağlı indiyədək verdiyi ən sərt açıqlamalardan biri hesab olunur.